Başlıq nə qədər Hollivud filmlərinin ssenarisinə bənzəsə də bu reallıqdır. Komandir Barri Uilmor (Barry Wilmore) və pilot Sunita Uilyams (Sunita Williams) hal-hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) “ilişiblər”.
Onlar “Boeng Starliner” kosmik gəmisi ilə 8 gün davam etməli olan BKS missiyası üçün kosmosa uçmuşdular. Lakin gəmidə baş verən texniki nasazlıqlar hər şeyin planlaşdırıldığı kimi davam etməsinə mane olub. İlkin nəticələrə görə başlıca səbəb gəmidə olan helium sızıntısı və mühərrikdəki nasazlıqlar göstərilir.
Hal-hazırda NASA və Boeng arasında danışıqlar getməkdədir. Əgər hər şey “Starliner” üçün müsbət yekunlaşarsa astronavtların planlanmamış sərgüzəştləri çox uzun çəkməyəcək. Amma qeyd olunan kosmik gəmi üçün müsbət rəy verilməzsə astronavtlar 6 ay müddətinə orbitdə qalmaq məcburiyyətində olacaqlar.
Bütün bunlar nə qədər qorxulu səslənsə də, eyni zamanda astronavtların ciddi sınağı kimi də qiymətləndirilə bilər. Çünki verilən şərait çox güclü mental, psixoloji və fizioloji hazırlıq tələb edir. İnsanlıq yeni üfiqlərdə uzaq kosmosun tədqiqini hədəfləyir. Ən yaxın tədqiqat obyekti olan Mars üçün belə 6 ay o qədər də böyük zaman aralığı deyil. Buna görə də astronavtlar bu fövqəladə vəziyyətin öhdəsindən gəlməlidirlər.