"OpenAI", "ChatGPT"-nin yaradıcı şirkəti, "Thrive Capital"ın rəhbərliyi ilə 100 milyard dollardan çox dəyərində investisiya cəlb etmək üçün danışıqlar aparır. Bu, "OpenAI"-nin əvvəlki 86 milyard dollarlıq dəyərindən əhəmiyyətli dərəcədə yüksəkdir və indiyə qədər hər hansı bir AI startapının əldə etdiyi ən böyük dəyərdir.
"Thrive Capital" bu investisiyaya təxminən 1 milyard dollar yatırmağı planlaşdırır. "Microsoft" da bu prosesdə iştirak edəcək. "Khosla Ventures", "Infosys and Y Combinator" "OpenAI"-nin digər mövcud investorları arasındadır.
Bu investisiya "OpenAI" üçün 2023-cü ilin yanvarında "Microsoft"-un təxminən 10 milyard dollar yatırmasından sonra ən böyük xarici maliyyə dəstəyi olacaq.
"OpenAI" bu pula ehtiyac duyur. "The WSJ" xəbər verir ki, bu ilin əvvəlində "OpenAI"-nin illik gəliri 3.4 milyard dolları keçib. Lakin, "The Information"-in məlumatına görə, şirkət ilin sonuna qədər təxminən 5 milyard dollar zərərə uğraya bilər və artıq AI təlimi və işçi heyəti üçün 8.5 milyard dollar xərcləyib.