"Apple", iOS 18.1, iPadOS 18.1 və macOS 15.1 üçün ən son developer versiyalarında daha çox süni intellekt funksiyaları əlavə edib. Bu yeniliklər arasında, şəkillərdən obyektlərin çıxarılmasına imkan verən "Clean Up" funksiyası da var. Bu funksiya istifadəçilərə bir obyektin smart texnologiya ilə seçilib bir toxunuşla silinməsinə şərait yaradır. İstifadəçilər, həmçinin, istənməyən obyektləri dairə və ya fırça ilə seçərək şəkildən silə bilərlər.
"Apple"-a görə, bu funksiya obyektin silindiyi yerdə arxa fonu yenidən yaradır və obyektin kölgəsini və ya əksini də nəzərə alaraq arxa fonu uyğunlaşdırır. Bu cür funksiyanı "Google" da bu ilin əvvəlində "Magic Eraser" adı ilə "Google Photos" üçün təqdim etmişdi.
"Apple", iyul ayından bəri iOS 18.1 developer versiyalarında "Apple Intelligence" adlanan bu cür süni intellekt funksiyalarını sınaqdan keçirir. Bu funksiyalar arasında yazı alətləri, SMS və "mail" üçün bildiriş xülasələri, fotolarda təbii dil axtarışı, zənglər və səs qeydləri üçün transkripsiya və "mail"-də ağıllı cavablar funksiyası var. "Apple Intelligence" yalnız ABŞ regionu seçilmiş ingilis dili istifadəçiləri üçün mövcuddur.